İdman
KİV: Toni Kroos "Real Madrid"ə qayıda bilər
"Real Madrid" futbol klubu keçmiş yarımmüdafiəçisi Toni Kroosun kluba qaytarılması üzərində iş aparır. Oxu.Az AS nəşrinə istinadən xəbər verir ki, "kral klubu" dünya çempionunun komandanın idman strukturunda yer almasını istəyir. Mənbənin məlumatına görə, İspaniya nəhəngi hesab edir ki, vəzifəsindən asılı olmayaraq, T.Kroosun klubun gündəlik işinə verəcəyi töhfə onun inkişafına təsir göstərməyə qadirdir. Vurğulanır ki, eks-futbolçunun qaytarılmasında şəxsən "Real Madrid"in prezidenti Florentino Peres israr edir, lakin əməkdaşlığın detalları hazırda müəyyən edilməyib. Xatırladq ki, T.Kroos 2014-cü ildən 2024-cü ilə qədər "Real Madrid"in şərəfini qoruyub.
Mənbə
oxu.az
Oxşar Xəbərlər