İdman

Bavariya yeni rekorda imza atdı

12 Apr 2026, 00:45 1 baxış
Bavariya yeni rekorda imza atdı

“Bavariya” Bundesliqanın 29-cu turunda səfərdə “St Pauli” komandası ilə qarşılaşıb.


Axar.az xəbər verir ki, görüşdə münhenlilər böyükhesablı qələbə qazanıblar – 5:0. Qolları Camal Musialla (9), Leon Qoretska (53), Maykl Olise (54), Nikolas Cekson (65) və Rafael Querrero (88) vurublar.


Bu qələbə Münhen təmsilçisi üçün yeni rekordla əlamətdar olub. Belə ki, “Bavariya” bu mövsüm Bundesliqada vurduğu qolların sayını 105-ə çatdıraraq ölkə çempionatları tarixində yeni rekord müəyyənləşdirib. Əvvəlki rekord Gerd Müller və Frans Bekkenbauerin çıxış etdiyi 1971-1972-ci il mövsümünə qeydə alınıb – 101 qol. Münxenlilər 2019-2020-ci il mövsümündə isə rəqib qapılarına 100 dəfə yol tapıblar.


Bu qələbədən sonra “Bavariya” xal ehtiyatını 76-ya çatdıraraq liderliyini davam etdirir. Onun ən yaxın izləyicisi “Borussiya Dortmund” 64 xalla ikinci sırada qərarlaşıb.

Mənbə axar.az

Oxşar Xəbərlər