İdman
"Barselona" "Espanyol"u darmadağın etdi - VİDEO
İspaniya La Liqasının 31-ci turunda "Barselona" "Espanyol"u 4:1 hesabı ilə məğlub edib. Oxu.Az xəbər verir ki, oyun "Spotify Kamp Nou" stadionunda keçirilib. Hesabı 9-cu dəqiqədə Ferran Torres açıb, o, 25-ci dəqiqədə dubl edib. 56-cı dəqiqədə Pol Losano fərqi azaltsa da, 87-ci dəqiqədə Lamin Yamal, 89-cu dəqiqədə isə Markus Reşford qol vuraraq yekun hesabı müəyyənləşdirib. 31 turdan sonra "Barselona" 79 xalla turnir cədvəlinə liderlik edir, "Espanyol" isə 38 xalla 10-cu pillədə qərarlaşıb.
Mənbə
oxu.az