İdman

Qurbanovdan Zubirin "Qarabağ"ı tərk edəcəyinə reaksiya

11 Apr 2026, 23:03 1 baxış
Qurbanovdan Zubirin "Qarabağ"ı tərk edəcəyinə reaksiya

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov yarımmüdafiəçi Abdullah Zubirin mövsümün sonunda komandadan ayrılacağı ilə bağlı informasiyalara münasibət bildirib.


Axar.az Publika.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis mətbuat konfransında bu mövzuda ünvalanan suala qısa şəkildə “məndə belə məlumat yoxdur” deyə cavab verib.


Qeyd edək ki, Fransanın “L’Équipe” nəşri Zubirin karyerasını Qətər təmsilçisi “Əl Şahaniyə”də davam etdirəcəyini iddia edib.

Mənbə axar.az

Oxşar Xəbərlər