İdman

41 yaşlı əfsanə tarix yazmağa davam edir: Lebron Ceyms elit dördlüyə daxil oldu

11 Apr 2026, 16:22 1 baxış
41 yaşlı əfsanə tarix yazmağa davam edir: Lebron Ceyms elit dördlüyə daxil oldu
Milli Basketbol Assosiasiyasının (NBA) dördqat çempionu, "Los-Anceles Leykers" klubunun şərəfini qoruyan 41 yaşlı amerikalı hücumçu Lebron Ceyms "Finiks Sanz"la baş tutan matçda (101:73) tarixi bir uğura imza atıb. Oxu.Az-ın "Championat" nəşrinə istinadən məlumatına görə, "Finiks"lə qarşılaşmanın yekununda Lebron Şimali Amerika liqasının tarixində karyerası ərzində 12 min məhsuldar ötürmə edən dördüncü oyunçu kimi adını tarixə yazdırıb. Bu göstərici üzrə mütləq lider NBA-nın Ulduzlar Oyununun onqat iştirakçısı olmuş əfsanəvi Con Stoktondur (15 806 ötürmə). Siyahının ikinci pilləsində karyerasını 2026-cı ildə başa vuran ulduz oyun qurucusu Kris Pol (12 552 assist) qərarlaşıb. Üçüncü yeri isə liqa çempionu və hazırda "Dallas Maveriks"i çalışdıran Ceyson Kidd (12 091 ötürmə) tutur. Lebrondan dərhal sonra, siyahının beşinci pilləsində "Sakramento Kinqz"in ulduz basketbolçusu Rassel Uestbruk 10 351 məhsuldar ötürmə ilə yer alır.
Mənbə oxu.az

Oxşar Xəbərlər