İdman

AFFA Gənclər Liqasının oyunlarını təxirə saldı - SƏBƏB

11 Apr 2026, 13:11 1 baxış
AFFA Gənclər Liqasının oyunlarını təxirə saldı - SƏBƏB
AFFA-nın bayrağı altında keçirilən Gənclər Liqasında II mərhələnin IV və V tur qarşılaşmaları təxirə salınıb. Oxu.Az-ın məlumatına görə, bu barədə assosiasiyanın mətbuat xidmətindən məlumat verilib. Matçların ertələnməsinə əsas səbəb kimi Azərbaycanın U-20 milli komandasının aprelin 13-dən 26-dək Qəbələ şəhərində reallaşdıracağı təlim-məşq toplanışı göstərilib. Beləliklə, ilkin olaraq aprelin 18-19 və 25-26-da oynanılması planlaşdırılan idman görüşləri qeyri-müəyyən müddətədək təxirə salınıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər