İdman

Ronaldu zədədən sonra keçirdiyi ilk matçda dubl etdi - VİDEO

04 Apr 2026, 01:24 1 baxış
Ronaldu zədədən sonra keçirdiyi ilk matçda dubl etdi - VİDEO
Portuqaliyalı hücumçu Kriştianu Ronaldu zədədən sonra meydana qayıtdığı ilk matçda dubl edərək Səudiyyə Ərəbistanı çempionatının 27-ci turunda "Ən-Nəsr"in "Ən-Nəcmə"ni darmadağın etməsinə kömək edib. Oxu.Az xəbər verir ki, Ər-Riyadda baş tutan görüş 5:2 hesabı ilə başa çatıb.
' Portuqaliyalı futbolçu fevralın 28-də "Əl-Feyha" ilə matçda (3:1) bud nahiyəsindən aldığı əzələ zədəsi səbəbindən bütün mart ayını buraxmışdı. O, start heyətində meydana çıxıb və artıq 56-cı dəqiqədə penaltini dəqiq yerinə yetirərək komandasını hesabda önə keçirib. 73-cü dəqiqədə isə Ronaldu "Ən-Nəsr"in üstünlüyünü daha da artırıb. Bu dubl 41 yaşlı hücumçunun karyerasında vurduğu 966-cı və 967-ci qollar olub. Səudiyyə Pro Liqasının cari mövsümündə Ronaldunun hesabında 23 qol var.
Mənbə oxu.az

Oxşar Xəbərlər