İdman

"Beşiktaş" Braziliya millisinin üzvü üçün hərəkətə keçdi - FOTO

02 Apr 2026, 14:52 1 baxış
"Beşiktaş" Braziliya millisinin üzvü üçün hərəkətə keçdi - FOTO
"Beşiktaş" klubu transfer pəncərəsində heyətini daha bir futbolçu ilə gücləndirmək üçün hərəkətə keçib. Oxu.Az xəbər verir ki, "qara qartallar" hazırda Braziliyanın "Korintians" klubunun şərəfini qoruyan Huqo Souzanı öz rənglərinə bağlamağı hədəfləyir. Yayılmış iddialara əsasən, İstanbul nəhəngi 26 yaşlı qolkiper üçün qarşı tərəfə 10 milyon avroluq rəsmi təklif göndərsə də, Braziliya təmsilçisi bu məbləğlə razılaşmayıb. Belə ki, cənubi amerikalılar öz qapıçısı ilə yollarını ayırmaq üçün müştərilərdən nə az, nə çox - düz 13 milyon avro təzminat tələb edir. Xatırladaq ki, eyni zamanda, Braziliya milli komandasının da formasını geyinən Souza 2025-ci ildən etibarən "Korintians"ın uğurları üçün çalışır. Qolkiper cari mövsüm ərzində meydana çıxdığı 18 qarşılaşmada qapısında 15 top görsə də, həmin görüşlərin 7-də çərçivəni toxunulmaz saxlamağı bacarıb.
"Beşiktaş" Braziliya millisinin üzvü üçün hərəkətə keçdi - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər