İdman

Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlandı

02 Apr 2026, 10:20 1 baxış
Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlandı
Azərbaycanın ən güclü idmançılarının 2026-cı ilin aprel ayı üzrə yeni reytinq cədvəli açıqlanıb. Oxu.Az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb. Reytinq cədvəlinin lideri aktivində 480 xal olan yunan-roma güləşçisi Həsrət Cəfərovdur. Siyahının ikinci pilləsində 460 xalla sərbəst güləşçi Giorgi Meşvildişvili, üçüncü sırada isə 440 xalla cüdoçu Zelim Kotsoyev qərarlaşıb. İlk onluğu tamamlayan digər idmançılar isə müvafiq olaraq Ülvü Qənizadə (yunan-roma güləşi, 400 xal), Elcan Hacıyev (cüdo, 370 xal), Murad Əhmədiyev (yunan-roma güləşi, 320 xal), Zelim Tçkayev (cüdo, 320 xal), Arseniy Djioyev (sərbəst güləş, 320 xal), Osman Nurmaqomedov (sərbəst güləş, 320 xal) və Eldəniz Əzizlidir (yunan-roma güləşi, 320 xal).
Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlandı
Mənbə oxu.az

Oxşar Xəbərlər