İdman
"Çelsi"dən İngiltərə Premyer Liqasında rekord zərər
Londonun "Çelsi" klubu 2025-ci iyunun 30-da başa çatmış maliyyə ili üçün hesabat dərc edib. Oxu.Az bu barədə klubun rəsmi saytına istinadən xəbər verir. Hesabata görə, vergiqoymadan əvvəlki zərər 262.4 milyon funt-sterlinq təşkil edib. Bu göstərici İngiltərə Premyer Liqa tarixində ən yüksək göstərici olub və "Mançester Siti"nin 2010/11 mövsümündə müəyyən etdiyi əvvəlki antirekordu təzələyib. Hesabatın dərci agent komissiyalarına çəkilən xərclərlə bağlı məlumatlarla üst-üstə düşüb. Burada da "Çelsi" bir il ərzində İngiltərənin istənilən klubundan daha çox - 65.1 milyon funt xərcləyərək Premyer Liqada liderlik edir. Klub maliyyə göstəricilərinin bu dərəcədə kəskin pisləşməsini 2023/24 mövsümü ilə müqayisədə əməliyyat xərclərinin artması ilə izah edib.
Mənbə
oxu.az