İdman

Millimiz FIFA reytinqində 3 pillə irəlilədi

01 Apr 2026, 17:03 1 baxış
Millimiz FIFA reytinqində 3 pillə irəlilədi

Azərbaycan millisi FİFA reytinqində üç pillə irəliləyib.


Axar.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu, Azərbaycan yığmasının "FİFA Series – 2026" beynəlxalq turnirində qalibi olduqdan sonra baş verib.


Ayxan Abbasovun baş məşqçisi olduğu yığma 1136.67 əmsalla 124-cü pilləyə yüksəlib.


Reytinqin ilk pilləsində1877.32 xalla Fransa yer alıb. İkinci pilləsi 1876.40 İspaniya, üçüncü yerdə isə 1874.81 Argentina qərarlaşıb.

Mənbə axar.az

Oxşar Xəbərlər