İdman

"Qarabağ"ın əsas komandasından qovulan futbolçusu yenidən cəzalandırıldı - FOTO

01 Apr 2026, 16:36 1 baxış
"Qarabağ"ın əsas komandasından qovulan futbolçusu yenidən cəzalandırıldı - FOTO
"Qarabağ" klubunun intizamsızlığı ilə diqqət çəkən müdafiəçisi Sami Mmae növbəti dəfə cəzaya məruz qalıb. Oxu.Az xəbər verir ki, belçikalı legioner bu dəfə Əvəzedicilər Liqasındakı davranışlarına görə cəzalandırılıb. Belə ki, çempionatın 21-ci turu çərçivəsində baş tutan "Sabah-2" ilə qarşılaşmanın 43-cü dəqiqəsində hakim qərarına kəskin etiraz edən futbolçu ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılıb. Məhz bu hərəkətinə görə Mmae bir oyunluq diskvalifikasiya edilib, "Qarabağ-2" komandası isə 250 manat məbləğində cərimə ödəyəcək. Xatırladaq ki, Sami Mmae daxili intizam qaydalarını pozduğuna görə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov tərəfindən bir müddət əvvəl əsas komandadan uzaqlaşdırılıb.
"Qarabağ"ın əsas komandasından qovulan futbolçusu yenidən cəzalandırıldı - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər