İdman
UEFA-dan azərbaycanlı qadın hakimlərə Avropa çempionatında mühüm təyinat
FIFA referisi Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat alıb. Oxu.Az AFFA-ya istinadən xəbər verir ki, o, 19 yaşadək qadınlar arasında Avropa çempionatının seçmə mərhələsinin II raundunun 3 oyununda fəaliyyət göstərəcək. F. Lütfəliyeva B qrupunun aprelin 12-də Kosovo - Moldova, 18-də Moldova - Litva matçlarının baş hakimi, aprelin 15-də Kosovo - Litva görüşünün ehtiyat hakimi olacaq. Digər referimiz Gülnurə Əkbərzadə isə hər üç qarşılaşmada baş hakimin köməkçisi funksiyasını yerinə yetirəcək. Qeyd edək ki, oyunlar Litvanın Kaunas şəhərində keçiriləcək.
Mənbə
oxu.az