İdman
AFFA-dan "Qarabağ"la matça görə "Kəpəz"ə AĞIR CƏZA VERİLDİ
AFFA İntizam Komitəsi "Kəpəz" klubunu cərimələyib. Oxu.Az xəbər verir ki, bu barədə komitənin bu gün baş tutan iclasında qərar verilib. Buna Misli Premyer Liqasının XXV turunda "Qarabağ"la matçdan sonra meydana kənar şəxslərin daxil olması səbəb olub. Bu hal cari mövsümdə üçüncü dəfə təkrarlandığı üçün Gəncə təmsilçisi 6 500 manat ziyana düşüb. Xatırladaq ki, "Kəpəz" həmin oyunda "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edib.
Mənbə
oxu.az