İdman

Vaqif Cavadova yeni vəzifə verildi

01 Apr 2026, 13:42 2 baxış
Vaqif Cavadova yeni vəzifə verildi

20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının məşqçilər heyətində yeni təyinat həyata keçirilib.


Axar.az xəbər verir ki, qərara əsasən, Vaqif Cavadov U-20-nin köməkçi məşqçisi vəzifəsinə təyin olunub.


Qeyd edək ki, 2020-ci ildə məşqçiliyə başlayan Vaqif Cavadov "Sumqayıt"da və qısa müddət Qazaxıstanın "Turan" klubunda fəaliyyət göstərib. Məşqçiliyə "Sumqayıt"ın U-19 komandasında köməkçi kimi başlayan mütəxəssis daha sonra "Sumqayıt-2"də baş məşqçi kimi çalışıb. O, 2024/2025-ci illər mövsümünün ikinci yarısında "Sumqayıt"ın əsas komandasının baş məşqçisi olub.

Mənbə axar.az

Oxşar Xəbərlər