İdman

Türkiyə millisinin dünya çempionatındakı OYUN TƏQVİMİ

01 Apr 2026, 10:28 1 baxış
Türkiyə millisinin dünya çempionatındakı OYUN TƏQVİMİ
Futbol üzrə DÇ-2026-nın Avropa zonası üzrə pley-off mərhələsinin həlledici final mərhələsi sona çatıb. Oxu.Az xəbər verir ki, həlledici matçda Kosovonu 0:1 hesabı ilə məğlub edərək 24 illik fasilədən sonra dünya çempionatında iştirak hüququ əldə edən Türkiyə millisinin oyun təqvimi artıq məlumdur. ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi DÇ-2026-nın final mərhələsində Türkiyə millisi D qrupunda yer alacaq. Komandanın bu qrupdakı rəqibləri ABŞ, Paraqvay və Avstraliya milliləri olacaq. Türkiyə yığmasının komanda ilk matçına iyunun 14-də (Bakı vaxtı ilə saat 08:00) Vankuverdə Avstraliyaya qarşı çıxacaq. İkinci qarşılaşma iyunun 20-də (Bakı vaxtı ilə saat 08:00) San-Fransiskoda Paraqvay seçməsi ilə olacaq. "Ay-ulduzlular" qrup mərhələsindəki son sınağını isə iyunun 26-da (Bakı vaxtı ilə saat 06:00) Los-Ancelesdə meydan sahibi ABŞ millisinə qarşı keçirəcək. 14 iyun, Bakı vaxtı ilə saat 08:00 Avstraliya - Türkiyə (Vankuver, Kanada) 20 iyun, Bakı vaxtı ilə saat 08:00 Türkiyə - Paraqvay (San-Fransisko, ABŞ) 26 iyun, Bakı vaxtı ilə saat 06:00 Türkiyə - ABŞ (Los-Anceles, ABŞ) Məlumat üçün qeyd edək ki, iyunun 11-dən iyulun 19-dək davam edəcək DÇ-2026-da ümumilikdə 48 ölkənin milli komandası kubok uğrunda mübarizə aparacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər