İdman

İtaliya millisi ardıcıl üçüncü dəfə dünya çempionatına vəsiqə qazana bilmədi

01 Apr 2026, 02:02 1 baxış
İtaliya millisi ardıcıl üçüncü dəfə dünya çempionatına vəsiqə qazana bilmədi
Futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsində final oyunları başa çatıb. Oxu.Az xəbər verir ki, Bosniya-Herseqovina İtaliyanı növbəti dəfə mundialdan kənarda qoyub. Əsas vaxtı 1:1 başa çatan matçda Bosniya millisi penaltilər seriyasında 4:1 hesabı ilə qalib gəlib. Bununla da İtaliya milli komandası ardıcıl üçüncü dəfə dünya çempionatında iştirakdan məhrum olub. Digər oyunda isə Çexiya milli komandası Danimarkanı penaltilər seriyasında üstələyərək dünya çempionatına vəsiqə qazanıb. Görüşün əsas vaxtı 2:2 hesabı başa çatıb, Çexiya komandası penaltilər seriyasında 3:1 hesabı ilə qalib gəlib.
Mənbə oxu.az

Oxşar Xəbərlər