İdman

Türkiyə millisi 24 il sonra dünya çempionatına vəsiqə qazandı - VİDEO

01 Apr 2026, 00:52 1 baxış
Türkiyə millisi 24 il sonra dünya çempionatına vəsiqə qazandı - VİDEO
Futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsində final oyunları keçirilib. Oxu.Az xəbər verir ki, Türkiyə millisi həlledici görüşdə Kosovonun qonağı olub. Matç "ay-ulduzlular"ın minimal hesablı qələbəsi ilə bitib - 0:1. Yeganə qolu 53-cü dəqiqədə Kerem Aktürkoğlu vurub.
DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanan Türkiyə D qrupunda ABŞ, Avstraliya və Paraqvayla mübarizə aparacaq. Xatırladaq ki, Türkiyə millisi bundan əvvəl 2002-ci ildə dünya çempionatında iştirak etmiş və turnirin bürünc medallarına sahib olmuşdu. Digər matçda isə İsveç Polşanı 3:2 hesabı ilə üstələyərək finalda iştirak hüququ əldə edib. Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi dünya çempionatı iyunun 11-dən iyulun 19-dək keçiriləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər