İdman

Millimiz Bolqarıstanla heç-heçə etdi

31 Mar 2026, 22:15 1 baxış
Millimiz Bolqarıstanla heç-heçə etdi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.


Axar.az xəbər verir ki, səfərdə Bolqarıstan komandası ilə üz-üzə gələn Rəşad Eyyubovun baş məşqçisi olduğu kollektiv rəqibi ilə qolsuz bərabərə qalıb.


Meydan sahiblərinin heyətində Qeorqiy Çorbadjiyski 82-ci dəqiqədə ikinci sarı vərəqənin ardından qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan qovulub.


Qarşılaşma Plovdiv şəhərində baş tutub.


Xatırladaq ki, U-21 altı komandanın yer aldığı B qrupunda 6 xalla beşinci pillədə qərarlaşıb. Meydan sahibləri 11 xalla dördüncüdür.

Mənbə axar.az

Oxşar Xəbərlər