İdman
"Milan" heyətini gənc istedadla gücləndirib - FOTO
İtaliya futbolunun nəhənglərindən olan "Milan" klubu heyətini yeni gənc istedadla gücləndirib. Oxu.Az xəbər verir ki, İtaliya təmsilçisi Serbiyanın "Partizan" klubunda forma geyinən Andrey Kostiçin transferini uğurla yekunlaşdırıb. "Qırmızı-qaralar" 19 yaşlı monteneqrolu forvardın keçidi üçün Belqrad klubuna 3.5 milyon avro təzminat ödəyəcək. Gənc hücumçunun rəsmən iyulun 1-dən etibarən "Milan"ın düşərgəsinə qoşulacağı planlaşdırılır. Qeyd edək ki, müqavilənin şərtlərinə əsasən, "Partizan" futbolçunun gələcəkdəki növbəti satışından da əlavə 10 faiz pay almaq hüququna malik olacaq.
Mənbə
oxu.az