Digər

Taqanroqa kütləvi PUA hücumu: ölən və yaralananlar var

30 Mar 2026, 11:04 2 baxış
Taqanroqa kütləvi PUA hücumu: ölən və yaralananlar var

Rusiyanın Rostov vilayətinin Taqanroq şəhərinə kütləvi PUA hücumu edilib.


Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.


Məlumata görə, iki saatdan çox davam edən hücum nəticəsində şəhərdə xeyli sayda yaşayış binasına ziyan dəyib.


Şəhər meri Svetlana Kambulova zərbələr nəticəsində 40-dan çox binaya ziyan dəydiyini deyib:


“12 çoxmənzilli bina, 27 fərdi ev, 10 avtomobil, bir məktəb və 3 müəssisəyə ziyan dəyib”.


Rostov vilayətinin qubernatoru Yuri Slyusar isə 1 nəfərin ölddüyü, 8 nəfərin yaralandığı barədə məlumat verib.

Mənbə axar.az

Oxşar Xəbərlər