Digər

Ərəb ölkəsi bütün iranlıları qovur - Qərar verildi

30 Mar 2026, 00:14 2 baxış
Ərəb ölkəsi bütün iranlıları qovur - Qərar verildi

Birləşmiş Ərəb Əmirlikləri İran vətəndaşlarına verilən bütün növ yaşayış icazələrini, o cümlədən investorlar üçün “qızıl vizalar”ı ləğv edib.


Axar.az xəbər verir ki, bu barədə “Tehran Tayms” məlumat yayıb.


İddia edilib ki, bu, İranın BƏƏ-dəki milyardlarla dollar dəyərində aktivlərinin dondurulmasına səbəb olub.


BƏƏ hakimiyyəti tərəfindən hələlik rəsmi təsdiq yoxdur. Vurğulanır ki, bu qərar ABŞ və İsrailin İrana qarşı əməliyyatlarının başlamasından sonra İranın BƏƏ-dəki hədəflərə endirdiyi zərbələrdən sonra verilib.

Mənbə axar.az

Oxşar Xəbərlər