Digər

Trampdan Çinə ultimatum: Görüşü təxirə salacam…

16 Mar 2026, 13:30 2 baxış
Trampdan Çinə ultimatum: Görüşü təxirə salacam…

Çin Hörmüz boğazını açmaq üçün addım atmalıdır. Əgər etməsə, mən Si Szinpinlə zirvə görüşünü təxirə sala bilərəm.


Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.


“Çin neftinin 90%-i buradan keçir, kömək etməlidir. Tankerlərin hərəkəti artıq dayanıb, bu, enerji bazarlarına da təsir edir. Biz müttəfiqlərdən dəstək gözləyirik, amma bəzi ölkələr ehtiyatlıdır. Sığorta xərcləri və hərbi risklər artıb; Yaponiya, Cənubi Koreya və Hindistan bu marşrutdan çox asılıdır. Hörmüz boğazındakı böhran qlobal enerji və dünya iqtisadiyyatına birbaşa təsir göstərir” , - Tramp bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər