Digər

"Elektromobillərin ekspansiyasına hazırıqmı?" - Məşhur təkər brendindən AÇIQLAMA

16 Mar 2026, 10:45 2 baxış
"Elektromobillərin ekspansiyasına hazırıqmı?" - Məşhur təkər brendindən AÇIQLAMA
Azərbaycanın avtomobil xidmətləri bazarının liderlərindən sayılan "Radius" şirkəti dünyanın aparıcı təkər istehsalçılarından biri olan "Hankook" şirkətinin idarə heyəti nümayəndələrinin iştirakı ilə infosessiya keçirib. Tədbirin məqsədi "Hankook" markasının Azərbaycan bazarındakı strategiyası, avtomobil və təkər sənayesində son yeniliklərin müzakirəsi, təkər texnologiyalarında son tendensiyalar barədə məlumatların ötürülməsi, ölkəmizdə avtomobil sürücülərinin təkərlərlə bağlı biliklərinin artırılması və bu məhsula düzgün münasibət ilə təkər mədəniyyətinin formalaşdırıması olub. İnfosessiya zamanı "Hankook" mütəxəssisləri müasir təkər texnologiyaları, şirkətin dünya avtomobil sənayesindəki yeniliklərə reaksiyaları, sürətlə artan rəqabətə araşdırma və inkişaf cavabları, təhlükəsizlik standartları, Azərbaycan bazarında mövqeyi barədə təqdimatla çıxış ediblər. Dünyanın 5 ölkəsində 8 istehsal müəssisəsi olduğunu bildirən "Hankook" təmsilçiləri istehsal ölkəsindən asılı olmayaraq, brendin bütün məhsullarının eyni keyfiyyət standartına malik olduğunu vurğulayıblar. Avtomobil sənayesində elektromobillərin və hibrid avtomobillərin daha çox populyarlaşmasının bu tip avtomobillərin tələblərinə cavab verən məhsulların istehsalı və inkişafına səbəb olduğu qeyd edilib. "Şirkətin yenilikləri arasında səs səviyyəsini azaldan texnologiyalar, gel vasitəsilə daxili qatın gücləndirilmiş təkər sistemləri, elektrikli və hibrid avtomobillər üçün xüsusi hazırlanmış təkərlər və gələcəyin texnologiyaları olan havasız təkər texnologiyaları da yer alır", - deyə "Hankook" şirkətinin nümayəndəsi bildirib. "Hankook" təmsilçiləri elektrikli yarış bolidlərinin dünya çempionatı olan "Formula E"yə qatılmağın brendin öz premium keyfiyyətini vurğulamaqla yanaşı, avtomobil sənayesinin gələcəyinə yatırımı olduğunu qeyd ediblər. Görüşdə avtomobil sahibi olan media nümayəndələri, avtomobil sektorunda çalışan mütəxəssislər və bu sahə üzrə ixtisaslaşmış jurnalistlər iştirak ediblər. "Radius" şirkəti tədbirin şirkətin uzunmüddətli strategiyasının bir hissəsi olduğunu bildirib. Şirkətin məqsədi avtomobil sahiblərinə yalnız servis xidməti göstərmək deyil, həm də onların avtomobil təhlükəsizliyi ilə bağlı məlumatlılığını artırmaqdır. "Radius" hesab edir ki, məlumatlı sürücü və avtomobil sahiblərinin sayının artması ölkədə yol hərəkəti təhlükəsizliyinə də mühüm töhfə verir, yol və nəqliyyat mədəniyyətini təkmilləşdirir Qeyd edək ki, "Radius" paytaxtda iki xidmət mərkəzinə malik şəbəkədir. 50-dən artıq beynəlxalq tərəfdaşa malik, 40-dan çox təkər brendinin məhsullarını avtomobil sahiblərinə təqdim edən şirkət avtomobil texnologiyaları üzrə beynəlxalq bilik və təcrübənin yerli bazara gətirilməsini prioritet istiqamətlərindən hesab edir.
"Elektromobillərin ekspansiyasına hazırıqmı?" - Məşhur təkər brendindən AÇIQLAMA
Mənbə oxu.az

Oxşar Xəbərlər