İdman

Qurban Qurbanovdan GÖZLƏNİLMƏZ QƏRAR: "Nyukasl" matçı ilə bağlı PLANLARI DƏYİŞDİ

20 Feb 2026, 14:10 1 baxış
Qurban Qurbanovdan GÖZLƏNİLMƏZ QƏRAR: "Nyukasl" matçı ilə bağlı PLANLARI DƏYİŞDİ
UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək "Nyukasl Yunayted"- "Qarabağ" qarşılaşmasından öncə təşkil olunacaq mətbuat konfransı və media nümayəndələri üçün açıq məşqi Bakıda baş tutacaq. Oxu.Az xəbər verir ki, bu barədə "Qarabağ" futbol klubunun yaydığı məlumatda bildirilib. Qeyd edilib ki, komandanın media nümayəndələri üçün açıq məşqi fevralın 22-də saat 20:15-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək: "Baş məşqçi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı isə fevralın 23-də saat 14:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq". Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçı çərçivəsində keçiriləcək "Nyukasl Yunayted" - "Qarabağ" oyunu fevralın 24-də İngiltərədə, "St James Park" stadionunda, saat 21:00-da (Bakı vaxtı ilə saat 00:00-da) start götürəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər