Cəmiyyət

Babək prospektində hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət - Video

01 Oct 2026, 08:52 5 baxış
Babək prospektində hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət - Video
Bakının əsas yollarından biri olan Babək prospektində körpünün üzlüyünün bir hissəsi qoparaq tökülüb. Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) vətəndaş tərəfindən şikayət daxil olub.

Müraciətdə qeyd olunub ki, hadisə Babək prospektinin Günəşli qəsəbəsi istiqamətində gedən köməkçi yolunda baş verib. Vətəndaşın sözlərinə görə, bu ərazidə üzlüyün qopması ilk dəfə deyil. Bildirilir ki, daha əvvəl də körpünün eyni hissəsində oxşar hal yaşanıb: "Burada üzlük bir dəfə də bu şəkildə tökülmüşdü. Buna diqqət edilməlidir". Vətəndaşlar aidiyyəti qurumların əraziyə baxış keçirməsini, körpünün texniki vəziyyətinin yoxlanılmasını və qopan hissələrin bərpa edilməsini xahiş edirlər.
Mənbə oxu.az

Oxşar Xəbərlər