İdman
Millimiz Millətlər Liqasında növbəti sınağına çıxır: Rəqib Lixtenşteyndir
Azərbaycan milli komandası UEFA Millətlər Liqasında bu mövsüm növbəti oyununa çıxacaq. Oxu.Az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi yığma Lixtenşteyn millisini qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. UEFA Millətlər Liqası 1 oktyabr D Liqası, II qrup 20:00. Azərbaycan - Lixtenşteyn. Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl UEFA Millətlər Liqasında Litva səfərindən bir xalla qayıtmışdı. Hazırda Azərbaycan millisi D liqasının II qrupunda 1 xalla ikinci yerdə qərarlaşıb.
Mənbə
oxu.az