İdman

Bakıdakı dünya çempionatının TARİXİ DƏYİŞDİRİLDİ

18 Feb 2026, 16:38 1 baxış
Bakıdakı dünya çempionatının TARİXİ DƏYİŞDİRİLDİ
Bu il Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatının tarixi dəyişdirilib. Oxu.Az xəbər verir ki, bu barədə Beynəlxalq Çövkən Federasiyasından AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib. Belə ki, yarış iyunun 7-14-də Binə Atçılıq Mərkəzində təşkil olunacaq. Daha əvvəl turnirin iyunun 1-14-də keçiriləcəyi qeyd edilmişdi. Mundialda ümumilikdə 10 komandanın iştirakı gözlənilir. Bir komanda isə Beynəlxalq Çövkən Federasiyasının xüsusi dəvəti ilə turnirə qatılacaq. Xatırladaq ki, bu, Azərbaycanda çövkən üzrə təşkil ediləcək 2-ci dünya çempionatı olacaq. Ölkəmiz bu yarışa daha əvvəl 2024-cü ildə ev sahibliyi edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər