İdman

Qış Olimpiya Oyunlarında gülməli hadisə: Dördayaqlı "idmançı" finiş xəttini keçdi

18 Feb 2026, 16:50 1 baxış
Qış Olimpiya Oyunlarında gülməli hadisə: Dördayaqlı "idmançı" finiş xəttini keçdi
Fevralın 18-də İtaliyada 2026-cı il Qış Olimpiya Oyunlarında qadınlar arasında sərbəst üslubda komanda sprinti zamanı maraqlı və gülməli hadisə baş verib. Oxu.Az-ın xəbərinə görə, bu barədə Championat.com nəşri məlumat verib. Məlumata görə, yarış zamanı yolun finiş hissəsində it peyda olub. İt hətta fotofiniş xəttinə də çatıb ki, bununla da tamaşaçıları əyləndirib.
Qeyd edək ki, Milan və Kortina d'Ampessoda 2026-cı il Olimpiya Oyunları 6-22 fevral tarixlərində keçiriləcək. Oyunlar çərçivəsində 116 medal dəsti uğrunda mübarizə aparılacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər