İdman
Kadi Borgesin qırmızı vərəqə cəzası "Neftçi" ilə oyuna şamil olunacaq?
Misli Premyer Liqasının XX turunda "İmişli" klubu ilə qarşılaşmada birbaşa qırmızı vərəqə alaraq meydandan uzaqlaşdırılan Kadi Borgesə iki oyunluq diskvalifikasiya cəzası verilib. "Qarabağ"ın braziliyalı legionerinin bu cəzasının "Neftçi" ilə təxirə salınmış qarşılaşmaya aid edilib-edilməyəcəyi sual doğurur. Mövzu ilə əlaqədar Oxu.Az-ın ünvanladığı sorğunu Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətinin rəhbəri Sənan Abdullayev cavablandırıb.
PFL rəsmisi qeyd edib ki, AFFA İntizam Komitəsi tərəfindən oyunçulara tətbiq edilən sanksiyalar növbəti matçlarda qüvvədə olur: "Ümumilikdə təyin olunan cəzaların oyunların təxirə salınması ilə heç bir əlaqəsi yoxdur. Qüvvədə olan hər bir cəza komandanın təqvimdəki sıradakı görüşünə şamil edilir. Kadi Borgesin cəzası da "Qarabağ"ın növbəti iki oyununda tətbiq olunacaq". Qeyd edək ki, Misli Premyer Liqasının XXI turunda keçirilməli olan "Neftçi" və "Qarabağ" komandalarının fevralın 21-nə nəzərdə tutulan oyunu təxirə salınıb. Murad Nəsimi

Mənbə
oxu.az