İdman
"Qarabağ"ın "Nyukasl"la oyunu hansı kanalda yayımlanacaq?
Bu axşam UEFA Çempionlar Liqasında pley-off mərhələsinin dörd oyunu keçiriləcək. Oxu.Az xəbər verir ki, gecənin ilk qarşılaşmasında "Qarabağ" Bakıda İngiltərənin "Nyukasl Yunayted" klubunu qəbul edəcək. İzləyicilər "Qarabağ" - "Nyukasl Yunayted" oyununu "CBC Sport" TV-də izləyə biləcəklər. Günün digər maraqlı qarşılaşmalarında isə "Budyo Qlimt" "İnter" ilə, "Brügge" "Atletiko Madrid" ilə üz-üzə gələcəklər. "Brügge" - "Atletiko Madrid" qarşılaşması "CBC Sport" TV-də, "Budyo Qlimt" - "İnter" qarşılaşması isə İctimai TV-də canlı yayımlanacaq. UEFA Çempionlar Liqası Pley-off mərhələsi 18 fevral Saat 21:45, "Qarabağ" - "Nyukasl Yunayted" ("CBC Sport" TV). 19 fevral Saat 00:00, "Budyo Qlimt" - "İnter" (İctimai TV); Saat 00:00, "Brügge" - "Atletiko Madrid" ("CBC Sport"TV).
Mənbə
oxu.az