İdman
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin daha dörd oyunu keçiriləcək
Bu axşam UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində daha 4 qarşılaşma keçiriləcək. Oxu.Az xəbər verir ki, günün ilk matçında Azərbaycan təmsilçisi "Qarabağ" İngiltərənin "Nyukasl" klubu ilə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq. Gecənin digər oyunlarında "Budyo Qlimt" "İnter"lə, "Brügge" "Atletiko Madrid"lə, "Olimpiakos" isə "Bayer Leverkuzen"lə qarşılaşacaq. UEFA Çempionlar Liqası Pley-off mərhələsi 18 fevral Saat 21:45, "Qarabağ" - "Nyukasl". 19 fevral Saat 00:00, "Budyo Qlimt" - "İnter"; Saat 00:00, "Brügge" - "Atletiko Madrid"; Saat 00:00, "Olimpiakos" - "Bayer Leverkuzen".
Mənbə
oxu.az