İdman
UEFA Çempionlar Liqası: "Real Madrid" və PSJ-dən səfər qələbələri - VİDEO
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunlarına dörd qarşılaşma ilə start verilib. Oxu.Az xəbər verir ki, bu mərhələnin maraqla gözlənilən görüşlərindən biri "Benfika" - "Real Madrid" komandaları arasında baş tutub. Prinsipial matç "kral klubu"nun minimal hesablı qələbəsi ilə yekunlaşıb - 0:1. Matçda yeganə qolun müəllifi Vinisius Junior olub. "Benfika"nın baş məşqçisi Joze Mourinyo 86-cı dəqiqədə qırmızı vərəqə alıb.
Fransa Liqa 1-in iki təmsilçisinin üz-üzə gəldiyi "Monako" - PSJ görüşü Luis Enrikenin yetirmələrinin əzmkar qələbəsi ilə başa çatıb. PSJ hesabda 2:0 geridə olsa da, üç qol vuraraq meydandan qalib ayrılıb - 2:3. Aleksandr Qolovin matçın 48-ci dəqiqəsində qırmızı vərəqə alaraq ev sahiblərini azlıqda qoyub.
Öz meydanında "Atalanta"nı qəbul edən "Borussiya Dortmund" rəqibini 2:0 hesabı ilə məğlub edib. Oyunda qolları Seru Qirassi və Maksimilian Bayer vurublar.
Qeyd edək ki, pley-off mərhələsinin daha əvvəl keçirilmiş görüşündə "Qalatasaray" "Yuventus"u 5:2 hesabı ilə məğlub edib.

Mənbə
oxu.az