İdman

Harri Keyn Kriştianu Ronaldunu qabaqladı

18 Feb 2026, 01:24 1 baxış
Harri Keyn Kriştianu Ronaldunu qabaqladı
"Bavariya" futbol klubunun ingiltərəli hücumçusu Harri Keyn Bundesliqanın 22-ci turunun "Verder"lə oyununda (3:0) dubl edərək, karyerasında 500 qol həddinə çatıb. Oxu.Az bu barədə Transfermarkt.de saytına istinadən xəbər verir. Bildirilir ki, bunun üçün ona 743 oyun kifayət edib. Beləliklə, Keyn XXI əsrdə bu qol göstəricisinə nail olma sürətinə əsaslanan "Transfermarkt" reytinqində üçüncü yeri tutub. Karyerasında 500 qol həddinə çatmaq üçün ən az oyun sayına "İnter Mayami"nin və Argentina millisinin hücumçusu Lionel Messi (632 oyun) malikdir, ikinci yerdə isə "Barselona"nın polşalı futbolçusu Robert Levandovski (730 oyun) qərarlaşıb. "Ən-Nəsr"in və Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu reytinqin dördüncü pilləsində qərarlaşıb (753 oyun).
Mənbə oxu.az

Oxşar Xəbərlər