İdman

"Qarabağ" qeyri-adi komandadır - Elanqa

18 Feb 2026, 00:14 1 baxış
"Qarabağ" qeyri-adi komandadır - Elanqa

Oyuna yaxşı köklənib, uğurlu nəticə qazanmaq istəyirik.


Axar.az xəbər verir ki, bu sözləri İngiltərənin "Nyukasl" komandasının futbolçusu Entoni Elanqa UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ" klubuna qarşı keçirəcəkləri oyun barədə danışarkən deyib.


O, "Qarabağ"la oyuna ciddi hazırlaşdıqlarını bildirib:


"Rəqibin də hədəfləri böyükdür. Müsbət mənada qeyri-adi komandadır. "Qarabağ"ın bura qədər gəlməsi bizi təəccübləndirmədi. Çünki onlar evdə "Kopenhagen"i məğlub etdilər, "Çelsi"dən bir xal almağı bacardılar".


Fevralın 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Nyukasl” oyunu saat 21:45-də başlayacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər