İdman

UEFA Çempionlar Liqası: "Qalatasaray" "Yuventus" üzərində böyükhesablı qələbə qazandı - VİDEO

17 Feb 2026, 23:40 1 baxış
UEFA Çempionlar Liqası: "Qalatasaray" "Yuventus" üzərində böyükhesablı qələbə qazandı - VİDEO
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunlarına start verilib. Oxu.Az xəbər verir ki, bu mərhələnin ilk qarşılaşması "Qalatasaray" və "Yuventus" komandaları arasında baş tutub.
Görüşün ilk hissəsi Turin təmsilçisinin 1:2 hesablı üstünlüyü ilə yekunlaşıb. İkinci hissədə Okan Burukun yetirmələri rəqib qapısından dörd qol keçirərək yekun hesabı müəyyənləşdiriblər - 5:2. Qeyd edək ki, Xuan David Kabal 67-ci dəqiqədə ikinsi sarı vərəqəni alaraq "qoca sinyora"nı azlıqda qoyub Tərəflər arasında cavab görüşü fevralın 25-də keçiriləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər