İdman

"Nyukasl" Bakıda son məşqinə çıxdı

17 Feb 2026, 21:35 1 baxış
"Nyukasl" Bakıda son məşqinə çıxdı

İngiltərənin "Nyukasl" klubu Bakıda "Qarabağ"a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu öncəsi son məşqinə çıxıb.


Axar.az-ın Report-a istinadən məlumatıa görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan hazırlıq prosesinin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub.


Məşqdə futbolçular ötürmələr, taktiki hərəkətlər və sürət-tempo məşqləri üzərində çalışıblar.


Qeyd edək ki, görüş fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər