İdman

"FIFA Series - 2026" turnirində Azərbaycan millisinin oyunlarının təqvimi məlum oldu

17 Feb 2026, 20:24 1 baxış
"FIFA Series - 2026" turnirində Azərbaycan millisinin oyunlarının təqvimi məlum oldu
Azərbaycanda keçiriləcək futbol "FIFA Series - 2026" beynəlxalq turnirinin təqvimi müəyyənləşib. Oxu.Az xəbər verir ki, Azərbaycan, Syerra-Leone, Oman və Sent-Lüsiya millilərinin iştirak edəcəyi yarışda ilk oyunlar martın 27-də keçiriləcək. İlk günün qalibləri martın 30-da finalda, məğlubları isə 3-cü yer uğrunda görüşdə qarşılaşacaqlar. Turnirin təqvimini nəzərinizə çatdırırıq: 27 mart 15:00. Oman - Syerra-Leone "Dalğa Arena" 19:00. Azərbaycan - Sent-Lüsiya Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu 30 mart 15:00. 3-cü yer uğrunda (məğlublar) "Dalğa Arena" 19:00. Final (qaliblər) Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Mənbə oxu.az

Oxşar Xəbərlər