İdman
"Nyukasl"ın baş məşqçisi: "Sabahkı oyuna yüksək əhvali-ruhiyyədə gəlmişik"
"Bu oyuna yüksək əhvali-ruhiyyədə gəlmişik". Oxu.Az xəbər verir ki, bu barədə UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək "Qarabağ" - "Nyukasl Yunayted" oyunundan əvvəl mətbuat konfransında İngiltərə təmsilçisinin baş məşqçisi Eddi Hau deyib. O bildirib ki, komandanın heyətində itki yoxdur: "Qarabağ" futbol klubunu diqqətlə araşdırmışıq. "Qarabağ" çox gözəl oyun nümayiş etdirir və gözəl texnikası var. "Çelsi" oyununu izləmişik. Bu oyun hər iki komanda üçün asan olmamışdı. Bizi çətin oyun gözlədiyini deyə bilərik". "Bu oyun bizim üçün çox vacibdir. Biz istəyirik ki, növbəti mərhələyə adlayaq. Bu oyundan yaxşı nəticə ilə ayrılaq. Bu bizim tarixi şansımızdır",- deyə baş məşqçi qeyd edib. Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində Tofıq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Nyukasl Yunayted" oyunu sabah saat 21:45-də start götürəcək. Murad Nəsimi
Mənbə
oxu.az