İdman
Azərbaycanlı menecer "Yuventus"un oyununa təyinat aldı
AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb. Oxu.Az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb. O, qadınlar arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək "Yuventus" (İtaliya) - "Volfsburq" (Almaniya) oyununun UEFA nümayəndəsi olacaq. Görüş fevralın 19-da İtaliyanın Turin şəhərində yerləşən "Yuventus" stadionunda təşkil olunacaq.
Mənbə
oxu.az