İdman

Misli Premyer Liqası: "Şamaxı" "Turan Tovuz"a, "Qəbələ" "Sabah"a qarşı

16 Feb 2026, 09:16 1 baxış
Misli Premyer Liqası: "Şamaxı" "Turan Tovuz"a, "Qəbələ" "Sabah"a qarşı
Bu gün Misli Premyer Liqasında XX turun son oyunları keçiriləcək. Oxu.Az xəbər verir ki, günün ilk matçında "Şamaxı" "Turan Tovuz"la üz-üzə gələcək. Şamaxı şəhər stadionundakı qarşılaşma saat 14:30-da start götürəcək. Turun son qarşılaşmasında "Qəbələ" doğma meydanda "Sabah"ı qəbul edəcək. Bu qarşılaşma 17:00-da başlayacaq. Misli Premyer Liqası II dövrə, XX tur 16 fevral 14:30, "Şamaxı" - "Turan Tovuz" Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, İslam Məmmədov VAR: Rəvan Həmzəzadə AVAR: Emin Əliyev Hakim-inspektor: Şahin Cəfərov AFFA nümayəndəsi: Eldar Məmmədov Şamaxı şəhər stadionu. 17:00, "Qəbələ" - "Sabah" Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Rəşad Əhmədov VAR: Kamranbəy Rəhimov AVAR: Elvin Bayramov Hakim-inspektor: Babək Quliyev AFFA nümayəndəsi: Elçin Mehtiyev Qəbələ şəhər stadionu.
Mənbə oxu.az

Oxşar Xəbərlər