İdman

Azərbaycan Premyer Liqasında daha bir oyun keçirilib

15 Feb 2026, 19:24 1 baxış
Azərbaycan Premyer Liqasında daha bir oyun keçirilib
Misli Premyer Liqasında XX turun daha bir oyunu keçirilib. Oxu.Az xəbər verir ki, günün ikinci matçında "Sumqayıt" "Araz-Naxçıvan"la üz-üzə gəlib. Qarşılaşma Naxçıvan klubunun qələbəsi ilə bitib - 1:0. 45+5-ci dəqiqədə Ramon Maçado fərqlənib. "Gənclik şəhəri" təmsilçisinin heyətində Aleksandr Ramalinqom 74-cü dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub. Bu nəticədən sonra "Sumqayıt" 30 xalla altıncı, eyni xala malik olan "Araz-Naxçıvan" yeddinci pillədə qərarlaşıb. Günün ilk matçında "Neftçi" "Kəpəz"i üstələyib - 3:1. Qeyd edək ki, tura fevralın 16-da yekun vurulacaq. Ötən gün "Qarabağ" "İmişli"ni, "Zirə" "Karvan-Yevlax"ı 1:0 hesabı ilə məğlub edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər