İdman
Norveçli idmançı Qış Olimpiya Oyunlarının rekordçusu oldu
Norveçli xizəkçi Yohannes Klebo qazanılan qızıl medalların sayına görə Qış Olimpiadalarının rekordçusu olub. Oxu.Az bu barədə m24.u-ya istinadən xəbər verir. Bildirilir ki, idmançı 2026-cı il Qış Olimpiya Oyunlarında Norveç yığmasını təmsil edərək 4x7,5 kilometr məsafəyə estafet yarışında qələbə qazanıb. İkinci yerdə Fransa komandası, üçüncü yerdə isə italyanlar qərarlaşıb. Beləliklə, Klebo Olimpiya Oyunlarında özünün 9-cu qızıl medalını qazanıb və bu, Qış Olimpiya Oyunları üçün rekord göstərici sayılır.
Mənbə
oxu.az