İdman
Premyer Liqa: "Neftçi" "Kəpəz"lə, "Sumqayıt" "Araz-Naxçıvan"la üz-üzə gələcək
Misli Premyer Liqasında XX turun daha iki oyunu bu gün keçiriləcək. Oxu.Az xəbər verir ki, günün ilk matçında "Neftçi" "Kəpəz"lə üz-üzə gələcək. Yevlax şəhər stadionundakı qarşılaşma saat 14:30-da start götürəcək. "Ağ-qaralar" 27 xalla 7-ci, Gəncə klubu 13 xalla 11-ci pillədə qərarlaşıb. Saat 17:00-da isə "Araz-Naxçıvan" - "Sumqayıt" oyunu baş tutacaq. "Gənclik şəhəri" təmsilçisi 30 xalla 5-ci, Naxçıvan komandası 27 xalla 6-cı yerdədir. Misli Premyer Liqası II dövrə, XX tur 15 fevral 14:30. "Kəpəz" - "Neftçi" Hakimlər: Əli Əliyev, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Namiq Bəkirov VAR: İnqilab Məmmədov AVAR: Namiq Hüseynov Hakim-inspektor: Asim Xudiyev AFFA nümayəndəsi: Erkin Hüseynov Yevlax şəhər stadionu 17:00. "Araz-Naxçıvan" - "Sumqayıt" Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev VAR: Nicat İsmayıllı AVAR: Zöhrab Abbasov Hakim-inspektor: Ömər Paşayev AFFA nümayəndəsi: Zümrüd Ağayeva "Liv Bona Dea Arena" Qeyd edək ki, tura fevralın 16-da yekun vurulacaq. Ötən gün "Qarabağ" "İmişli"ni, "Zirə" "Karvan-Yevlax"ı (hər ikisi 1:0) məğlub edib.
Mənbə
oxu.az