İdman
Madrid "Real"ı rəqibini darmadağın etdi
İspaniya La Liqasının 24-cü turu çərçivəsində Madrid "Real"ı ilə "Real Sosyedad" arasında keçirilən oyun başa çatıb. Qarşılaşma İspaniyanın Madrid şəhərində yerləşən "Santyaqo Bernabeu" stadionunda baş tutub. Matçın baş hakimi Fransisko Xose Ernandes Maeso olub. Görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
İspaniya çempionatında 24 oyundan sonra Madrid "Real"ı 60 xal toplayaraq turnir cədvəlinə liderlik edir. "Real Sosyedad" isə 31 xal qazanaraq səkkizinci pillədə qərarlaşıb. Növbəti turda "Real Sosyedad" fevralın 21-də doğma meydanda "Oviedo" ilə qarşılaşacaq. Madrid "Real"ı isə həmin gün səfərdə "Osasuna"nın qonağı olacaq.

Mənbə
oxu.az