İdman

"Nyukasl" Bakıya qələbə ilə gəlir

15 Feb 2026, 01:53 1 baxış
"Nyukasl" Bakıya qələbə ilə gəlir

"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi "Nyukasl" Bakı səfəri öncəsi İngiltərə kubokunda 1/16 final matçını keçirib.


Axar.az xəbər verir ki, komanda səfərdə "Aston Villa"nın qonağı olan “Nyukasl” 3-1 hesabı ilə qalib gəlib.


Qeyd edək ki, "Qarabağ"la "Nyukasl" arasında ilk oyun fevralın 18-də, Bakıda olacaq və saat 21:45-də başlayacaq. Cavab görüşü isə Mərkəzi Avropa vaxtı ilə fevralın 24-ü, saat 21:00-da, Bakı vaxtı ilə fevralın 25-i, saat 00:00-da start götürəcək.

Mənbə axar.az

Oxşar Xəbərlər