İdman

"Zirə" öz meydanında autsayderə çətinliklə qalib gəldi

14 Feb 2026, 20:34 1 baxış
"Zirə" öz meydanında autsayderə çətinliklə qalib gəldi

Futbol üzrə Misli Premyer Liqasında XX turun növbəti oyunu keçirilib.


Axar.az xəbər verir ki, günün ikinci matçında “Zirə” öz meydanında autsayder “Karvan-Yevlax”ı qəbul edib.


Zirə İdman Kompleksinin stadionunda keçirilən görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə bitib - 1:0.


Yeganə qola 20-ci dəqiqədə Davit Volkov imza atıb.


Bu nəticədən sonra paytaxt təmsilçisi xallarının sayını 35-ə çatdıraraq turnir cədvəlində üçüncü sıraya yüksəlib. Aktivində 6 xalı olan bölgə klubu isə sonuncu - 12-ci pillədə yer alıb.


Qeyd edək ki, açılış qarşılaşmasında "Qarabağ" səfərdə "İmişli"ni 1:0 hesabı ilə üstələyib.


XX turun digər oyunları fevralın 15-16-da keçiriləcək.

Mənbə axar.az

Oxşar Xəbərlər