İdman

Azərbaycan Premyer Liqası: "Zirə" "Karvan-Yevlax" üzərində qələbə qazandı

14 Feb 2026, 19:24 1 baxış
Azərbaycan Premyer Liqası: "Zirə" "Karvan-Yevlax" üzərində qələbə qazandı
Misli Premyer Liqasının XX turunda "Zirə" "Karvan-Yevlax" üzərində qələbə qazanıb. Oxu.Az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda keçirilən matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 20-ci dəqiqədə Davit Volkov rəqib qapısından keçirib. Bu nəticədən sonra xallarının sayını 35-ə çatdıran Bakı klubu turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. 6 xala malik Yevlax komandası isə sonuncu - 12-ci yerdədir. Qeyd edək ki, turun açılış matçında "Qarabağ" səfərdə "İmişli"ni 1:0 hesabı ilə məğlub edib. XX tura fevralın 16-da yekun vurulacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər