İdman

"Kəpəz" sabiq futbolçusunu geri qaytardı

14 Feb 2026, 17:06 1 baxış
"Kəpəz" sabiq futbolçusunu geri qaytardı
Gəncənin "Kəpəz" klubu komanda heyətinə yeni oyunçu cəlb edib. Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti rəsmi açıqlama yayıb. Bölgə təmsilçisi vaxtilə komandada çıxış etmiş Camal Cəfərovun transferini rəsmiləşdirib. 23 yaşlı yarımmüdafiəçi ilə cari mövsümün sonunadək anlaşma əldə olunub. Xatırladaq ki, son iş yeri "Sabah" klubu olan Cəfərov fərqli dövrlərdə "sarı-göylər"in şərəfini qoruyub. Futbolçu 2023/2024 və 2024/2025 mövsümlərində də məhz "Kəpəz"in tərkibində yer alıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər