İdman
"Borussiya Dortmund" rekordunu təkrarladı
Almaniyanın "Borussiya Dortmund" klubu Bundesliqada rekordunu təkrarlayıb.
Axar.az xəbər verir ki, klub ölkə çempionatında ardıcıl 15 matçda qol vurub.
Bildirilib ki, daha əvvəl çempionat tarixində iki dəfə eyni nəticə qeydə alınıb. 1980-ci ildə "Hamburq" bunu reallaşdırıb. Daha sonra isə 2013-cü ildə Yurgen Kloppun rəhbərliyi altında "Borussiya" ardıcıl 15 görüşdə rəqib qapısına yol tapıb.
Qeyd edək ki, dünən "Borussiya" öz meydanında "Maynts"ı 4:0 hesabı ilə məğlub edib. Dortmund təmsilçisi 51 xalla lider "Bavariya"dan 3 xal geri qalır.
Mənbə
axar.az
Oxşar Xəbərlər